Sumqayıt şəhərinin bir sıra ərazilərində içməli su təchizatı dayandırılacaq. Bu haqda 10 yanvar tarixində Sumqayıt24 Sukanal İdarəsinə istinadən məlumat verir.
Fasilə su kəmərində baş vermiş qəza ilə əlaqədardır. Bu gün saat 21:00-dan səhər saat 06:00-a qədər şəhərin 48, 50 və 51-ci məhəllələri, 18-ci mikrorayonu, 17-ci mikrorayonundakı 5 mərtəbələr, 20 və 21-ci mikrorayonlarının bir hissəsi, 16-cı mikrorayonu, eləcə də Corat qəsəbəsinin bir hissəsində su kəsiləcək.