Sumqayıtda işıqforlar işləmir. Sumqayıt24 bu haqda 23 yanvar tarixində xəbər verir.
Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan prospektində 7 hərəkət nizamlayıcısı sıradan çıxıb. Avtomobillər prospektin Bakı küçəsi və Koroğlu prospekti ilə kəsişdiyi yerlərdən çətinliklə keçir.