Sumqayıtda yaşayış massivinin sakinləri yolların yararsız olmasından şikayət edirlər. Bu haqda 25 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Bu hal Ceyranbatan bağları yaşayış massivində müşahidə olunur. Ərazidəki bir sıra küçələr dağınıq vəziyyətdədir, həmçinin asfalt üzərində çalalar yaranıb.
Şikayətçilər payız-qış aylarında yağış, qar yağan kimi yolda hərəkət etməyin mümkün olmadığını bildiriblər. Dəfələrlə aidiyyəti qurumlara müraciət edilib, lakin nəticə yoxdur.