Ağa Quliyev küçəsində böyük çala var. Sumqayıt24 bu haqda 16 may tarixində xəbər verir.
Sözügedən problem Sumqayıt Dövlət Universitetinin (SDU) yanında yaranıb. Sürücülərin şikayətində bildirilir ki, çala səbəbindən avtomobillərinə ziyan dəyir:
“Yolu tanımayan sürücülər çalanı son anda görürlər və anidən əyləci sıxırlar. Ani tormozlanma nəticəsində qəza ola bilər”.
Xatırladaq ki, bu yol əvvəllər də bir neçə dəfə çöküb.