Ceyranbatan qəsəbəsində 2 uşaq mənzildə köməksiz qalıb. Bu haqda 15 avqust tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
FHN-in "112" qaynar xəttinə 2 nəfər uşağın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış üzrə xilasetmə qüvvələri cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.