Sumqayıt Sukanal İdarəsi təmir-bərpa və təmizlik işləri həyata keçirib. Bu haqda 17 may tarixində Sumqayıt24 xəbər verir.
Qurum əməkdaşları 9-cu mikrorayon, ev 7/8-in 4-cü girişinin zirzəmisində yararsız su borularını yeniləri ilə əvəz ediblər. Eləcə də Koroğlu prospektində yağış barmaqlıqları yüksəktəzyiqli yuma maşını vasitəsilə yuyularaq təmizlənib.