“Kotec” yaşayış massivində yolun hərəkət hissəsində yerləşən kanalizasiya lükünün qapağı sınmış vəziyyətdədir. Bu haqda 1 fevral tarixində Sumqayıt24 xəbər verir.
Bu hal bir neçə gündür 8 nömrəli məktəbin yanında müşahidə olunur. Yolun ortasında yerləşən quyunun ətrafına xəbərdarlıq məqsədilə 2 kərpic qoyulub. Sürücülərin sözlərinə görə, axşam saatlarında maneə görünmədiyi üçün təhlükəli vəziyyət yaranır.