Sumqayıtda qəbiristanlığa aparan yolun təmirə ehtiyacı var. Bu haqda 11 may tarixində Sumqayıt24 xəbər verir.
Söhbət şəhərin çıxış hissəsində yerləşən qəbiristanlıqdan gedir. Uzun illər baxımsız qalan yol yararsız hala düşüb. Yolda dərin çalalar yaranıb.
“Hər gün bu yoldan yüzlərlə sakin istifadə edir. Bu hissədən heç bir marşrut avtobusu keçmir. Yağışlı havada yollar palçıq içində olur. Gölməçə dərin olduğundan avtomobillər xarab olur”, – deyə sakinlər bildiriblər.