Yaşıldərə yaşayış massivində piyada səkisinin olmaması sakinlərə təhlükə yaradır. Bu haqda 18 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Bu hal Qubadlı rayonu Xıdırlı kənd məktəbinə gedən yolda müşahidə olunur. Sakinlərin sözlərinə görə, bu yolda piyadaların təhlükəsizliyi təmin olunmayıb.
“Məktəbə çatmaq üçün məcbur qalıb yolun hərəkət hissəsi ilə gedirik. 39 nömrəli marşrutun gəldiyini görəndə isə özümüzə dayanmaq üçün yer axtarırıq ki, avtobus bizi vurmasın. Yağış yağanda bura bərbad hala düşür. Yoldan keçən maşınların təkərlərindən çıxan palçıq üstümüzə sıçrayır”, – deyə şikayətçilər bildiriblər.