Sumqayıtda içməli suyun verilişində fasilə yaranacaq. Bu haqda 23 may tarixində Sumqayıt24 Sukanal İdarəsinə istinadən məlumat verir.
Su kəmərində baş vermiş qəza ilə əlaqədar mayın 24-də saat 09:00-dan 22:00-a qədər Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12-ci məhəllənin bir hissəsində su kəsiləcək.