Saray qəsəbə sakinləri kommunal problemdən şikayətlənirlər. Sumqayıt24 bu haqda 21 iyun tarixində xəbər verir.
Onların sözlərinə görə, Əli Axundov və şəhid Tərlan Məmmədov küçələrində kanalizasiya sistemi yoxdur. İnsanlar dəfələrlə müraciət və şikayət etsələr də, heç bir tədbir görülməyib.