“Sumqayıt” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə təlim proqlamları keçirilib. Bu haqda 6 fevral tarixində Sumqayıt24 xəbər verir.
Danışılmış oyunlar və irqçiliyə qarşı mübarizə üzrə tədbirlərdə əvvəlcə U-19 və U-17, ardınca isə U-16 və U-15 komandalarımız seminara qatılıb.
“Kapital Bank Arena”nın akt zalında təşkil edilmiş görüş zamanı adıçəkilən mövzularda xüsusi təqdimatlar edilib. Sonda mövzu ilə bağlı iştirakçılar arasında fikir mübadiləsi aparılıb.