COP29-da iştirak edəcək qonaqlar, həmçinin Sumqayıt şəhərində yerləşən hotellərdə yerləşdiriləcəklər. Bu haqda 24 may tarixində Sumqayıt24 Xeberle.com-a istinadən xəbər verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək qonaqlara bu gündən etibarən vahid onlayn rezervasiya sistemindən yararlanmağa imkan yaradılıb.
"Hazırda sistemə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən 100-dən çox ulduz təsnifatlı hotellər, bir sıra yerləşmə kompleksləri daxildir. Yerləşmə obyektlərinə qiymətlərin təyin olunmasında sahibkarlar müstəqil qərar veriblər", – bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.