Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan kişini tapıb. Bu haqda 24 may tarixində Sumqayıt24 Daxil İşlər Nazirliyinə istinadən məlumat verir.
Daxil olmuş müraciətlər əsasında mayın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 20-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş 64 yaşlı kişi tapılaraq, aidiyyəti üzrə təhvil verilib.