Yenilənib saat 16:22
“Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi işıqforla bağlı açıqlama verib. Bildirilib ki, hərəkət nizamlayıcısı bir neçə gün öncə qırılıb və problem artıq çözülüb.
*****
Saat 14:43
Sumqayıtda işıqfor yellənir. Sumqayıt24 bu haqda 20 fevral tarixində xəbər verir.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Sülh küçəsində yerləşən işıqforun üfüqi hissəsi yararsız hala düşüb. Külək asılı qalan işıqforu yellədir. Onun qırılıb düşməsi an məsələsidir.