Sumqayıt idmançısının Dünya çempionatında rəqibləri bəlli olub. Bu haqda 20 may tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə, cüdoçu Kamran Süleymanovun (66 kq) rəqibi Misir təmsilçisi Mohamed Abdelmavqoud olacaq.
Turnir mayın 23-dək davam edəcək.