Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk matçın dəqiq tarixi açıqlanıb. Sumqayıt24 bu haqda 12 yanvar tarixində xəbər verir.
Peşəkar Futbol Liqası (PFL) proqram açıqlayıb. "Sumqayıt" çempionatın 21-ci turunda "Neftçi"ni qəbul edəcək. Komandamız rəqibini məhz yeni təmirdən çıxmış, 9502 azarkeş tutumu olan şəhər stadionunda qəbul edəcək.
Qarşılaşma 4 fevral saat 15:00-da başlayacaq.