“Sumqayıt” futbol klubunun yoldaşlıq görüşünün vaxtı bəlli olub. Bu haqda 12 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Türkiyədə təlim-məşq toplanışında olan Samir Abasovun yetirmələri “Hermanştadt”la Bakı vaxtı ilə saat 17:00-da münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun "Fanatik Belek Sport Center"də baş tutacaq.