“Sumqayıt” futbol klubu növbəti ev oyununa hazırlaşır. Bu haqda 12 yanvar tarixində Sumqayıt24 Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.
Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Kimyaçılar” “Neftçi”ni qəbul edəcəklər. Qarşılaşma yanvarın 31-də saat 19:00-da “Kapital Bank Arena” stadionunda baş tutacaq.
Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.