Karate üzrə ustad dərsləri təşkil edilib. Sumqayıt24 bu haqda 7 may tarixində xəbər verir.
Master-klaslar Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərindəki “Rüstəm” İdman Klubunda keçirilib.
Məqsəd uşaq, yeniyetmə və gənc karateçilərin motivasiyalarının və marağının daha da artırılmasıdır.