Sumqayıtda stolüstü tennis üzrə oğlan və qızlar arasında şəhər turniri keçirilib. Sumqayıt24 bu haqda 7 may tarixində xəbər verir.
Yarış Sumqayıt Bulvarındakı “Qarabağ NN” stolüstü tennis bazasında baş tutub. Məqsəd şəhərdə güclü tennisçilərin müəyyən edilməsi, uşaq, yeniyetmə və gənclər arasında bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.
Qaliblər Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin diplomu ilə təltif olunublar.