top
Ana və balanı bıçaqlayan şəxsə 19 il verilib
25 noyabr 2023, 03:45
- ↺ +

Ana və balanı bıçaqlayan şəxsə 19 il verilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda qətl törədən Valeh İsgəndərovun məhkəməsi başa çatıb. Sumqayıt24 bu haqda 25 noyabr tarixində Ölkə.az-a istinadən xəbər verir.

Hadisə 4 sentyabr 2020-ci ildə H.Z. Tağıyev qəsəbəsində baş verib. 32 yaşlı Valeh İsgəndərov yataqxanada yaşayan Mehriban Cabbarovanı bıçaqlayaraq öldürüb, anası Xatun Cabbarovanı isə yaralayıb.

Keçirilən əməliyyat zamanı o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalarla aydın olub ki, Valeh İsgəndərov zərərçəkənlərin həm qonşusu, həm də 20 yaşlı Mehriban Cabbarovanın nişanlısı idi. Usta, 2 uşaq atası Valeh İsgəndərovun qonşu qıza olan münasibətinə görə həyat yoldaşı uşaqlarla birlikdə evi tərk edib.

Bundan sonra kişi anasını gənc qıza elçi göndərib və çətinliklə olsa da, onunla nişanlanıb. Amma cəmi iki həftə sonra Mehriban Cabbarova onun davranışlarından, xasiyyətindən qorxub və üzüyü geri qaytarıb.

Tərəflər arasında mübahisələr olub. Sevgilisini itirmək istəməyən Valeh İsgəndərov sərxoş ikən parkda olan nişanlısı və anası Xatun Cabbarovaya qarşı xuliqanlıq edib. Bunu görən vətəndaşlardan biri hüquq-mühafizə orqanlarına məlumat verib. Polisin gələcəyini görən Valeh oradan gedib. Polis əməkdaşları ərazini tərk edəndən sonra Valeh yenidən binaya qayıdıb. İsgəndərov binaya girərkən Xatun Cabbarova onu görüb.

Valeh hadisə anını belə xatırlayıb:

“Məni görən kimi Mehribana qışqırdı ki, Valeh gəlir. Pilləkənləri qalxan kimi Mehriban cumdu üstümə. Bıçağı çıxardım. Neçə zərbə vurduğum yadımda deyil”.

Övladına dəyən bıçaq zərbələrinin önünü kəsməyə çalışan Xatun Cabbarova: “Balamı öldürmə, yazığam”, – deyib aman diləsə də, Valeh qadının yalvarışlarına, fəryadına məhəl qoymayıb. Növbəti zərbələr qızını qucaqlayaraq bədəni ilə onu qorumaq istəyən anaya saplanıb. Səs-küyə gələn qonşular ana və balanın qan içində olduqlarını görüblər. Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Həkimlər Xatun Cabbarovanın həyatını xilas etsələr də, 20 yaşlı Mehriban dünyasını dəyişib.

Məhkəmədə Valeh İsgəndərov özünü qismən təqsirli bilib. Zərərçəkmiş Xatun Cabbarova ona ağır cəza təyin olunmasını xahiş edib.

Nəticədə, 32 yaşlı Valeh İsgəndərov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum olunub.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Bu gün, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Bu gün, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Bu gün, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Bu gün, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Bu gün, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Bu gün, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Oxşar xəbərlər