Sumqayıtda avtomobil ehtiyat hissələri oğurlanıb. Sumqayıt24 bu haqda 5 dekabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə dekabrın 3-nə keçən gecə Kimyaçılar qəsəbəsindəki anbarların birində baş verib. 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C. Şirinov saxlanılıb.
Araşdırma aparılır.