Sumqayıt şəhər sakinində narkotik maddələr aşkarlanıb. Bu haqda 8 yanvar tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Niyaməddin Adıgözəlov saxlanılıb. Onda heroin tapılıb.
Davam etdirilən tədbirlərlə N. Adıgözəlovun İnşaatçılar qəsəbəsində yaşadığı mənzilə baxış zamanı oradan metamfetamin, həmçinin orada olan 3 qadından isə heroin, metamfetamin və metadon həbləri aşkar olunaraq götürülüb.
Fakt araşdırılır.