top
15 yaşlı kolleksiyaçı: “8 yaşımda qohumumun verdiyi pulla başladım”
12 mart 2025, 03:49
- ↺ +

15 yaşlı kolleksiyaçı: “8 yaşımda qohumumun verdiyi pulla başladım”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müəyyən bir mövzuya aid əşyaları toplayan, bu hobbini davam etdirən şəxsə kolleksiyaçı deyilir. Kolleksiyaçılar, adətən nadir və ya dəyərli əşyalar toplamağa maraq göstərirlər. Bu sıraya köhnə pullar, poçt markaları, sənət əsərləri, antik və ya məhdud sayda istehsal edilmiş digər əşyalar daxil edilir.

Kolleksiyaçının məqsədi estetik zövq almaq, tarixi dəyər əldə etmək, investisiya və ya sadəcə şəxsi məmnuniyyət ola bilər. Bu hobbinin davamçıları topladıqları əşyaların qorunmasına və düzgün şəkildə saxlanılmasına xüsusi diqqət yetirirlər.

Sumqayit24.az-ın budəfəki müsahibi 15 yaşlı kolleksiyaçı Anar Ağamalıyevdir.

Onunla müsahibəni təqdim edirik:

- Anar, öncə oxucularımız üçün özünü təqdim edərdin.

- Anar Ağamalıyev. 2010-cu ildə Sumqayıt şəhərində anadan olmuşam. Hazırda 9-cu sinif şagirdiyəm.

- Kolleksiya yığmağa neçə yaşınızda başlamısınız? Bu qərarı necə aldınız?

- Kolleksiya yığmağa 8 yaşımdan başlamışam. Buna marağım qohumumun mənə verdiyi xarici əsginasla yarandı. O, mənə İraq dinarı verdi. Bununla da digər pul vahidlərini toplayaraq, kolleksiyamı çoxaltdım.

- Əsasən kolleksiyanızda hansı əşyalar var?

- Kolleksiyamın əsas hissəsini dəmir və kağız pullar təşkil edir. Qalan hissəsi isə poçt markaları, qədimi qablardır.

- Sizə kolleksiya parçalarını yığmaq üçün kimlər kömək olur?

- Yığmağa başladığım gündən ailəm mənə kömək olub. Daha sonra tanışlarım və kolleksioner dostlarım pul vahidləri tapdıqca mənə gətiriblər.

- Kolleksiyanızda ən dəyərli və ya qəribə əşya hansıdır?

- Hər bir nümunə mənim üçün çox dəyərlidir. Qəribə gələnlər isə 1 əsr öncəyə aid Rusiya Çarının dövründə zərb edilən pullardır ki, onların ölçüləri çox böyükdür. Yaşı çox olan nümunələrim də var. Məsələn, 13-cü əsrə aid Şirvanşahlar, Roma sikkəsi və19-cu əsrə aid Rus İmperiyası sikkələri var.

- Hazırda kolleksiyanızda hansı ölkələrin əsginasları var?

- Kolleksiyamda hər qitənin, ölkənin pulu vahidləri var. 100-dən çox ölkənin əsginaslarını yığmışam.

- Bəs ümumi neçə ədəd eksponatınız var?

- Hazırda kolleksiyam da 150-dən çox əsginas, 350-dən çox dəmir pul var. Pullar 100-dən çox ölkəyə məxsusdur.

- Kolleksiyanızın ən bahalı parçası hansıdır və necə əldə etmişiniz?

- Kolleksiyamda ən bahalı parçalar XX əsr Rusiya imperiyasının pullarıdır. Bunlar da mənə kolleksioner tərəfindən hədiyyə olunub. Özüm isə pulları Bakı və Türkiyədən alıram. İndiyə qədər 200 manat pul xərcləmişəm.

- Son olaraq gələcək planlarınızdan danışardınız.

- Gələcək bağlı ilk planım təhsilimi davam etdirib, ali məktəbə qəbul olmaqdır. Bununla yanaşı kolleksiyamı böyüdüb, daha dəyərli pullar yığmaq istəyirəm.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
05 noyabr 2026, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
05 noyabr 2026, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Oxşar xəbərlər