top
Ağıllı kaska, elektrikli avtomobil və EkoRobot ixtira edən sumqayıtlı gənclər
08 aprel 2023, 07:00
- ↺ +

Ağıllı kaska, elektrikli avtomobil və EkoRobot ixtira edən sumqayıtlı gənclər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“SUMbuilders” ölkənin texnologiya sahəsində ən gənc və yüksək potensiallı komandasıdır. Sumqayıt24 bu haqda 1 aprel tarixində xəbər verir.

Komanda 2020-ci ilin dekabr ayında beynəlxalq və yerli layihələrə mentor, ekspert və mühəndis kimi dəvət alan Tural Süleymanov tərəfindən təsis edilib. O, bu addımı texnologiyada maraqlı uşaq və gənclərin böyük istəyindən həvəslənərək atıb.

Mərkəzi Sumqayıt şəhəri olan “SUMbuilders” robotexnika, proqramlaşdırma və mühəndislik üzrə təlim, olimpiada və istehsal fəaliyyətləri təşkil edir. Texnoloji komandanın çoxsaylı üzvləri arasında xarici ölkələrin nümayəndələri də var.

Kollektiv qısa zamanda bir sıra nailiyyətlərə imza atıb. Onlardan bir neçəsini təqdim edirik:

 

“Smart Helmet” ağıllı kaska layihəsi  

Komandamız layihənin həyata keçirilməsində tərəfdaşlarla birgə mentor dəstəyini göstərib. Ağıllı kaska sayəsində müəssisələrdə işçilərin təhlükəsizliyinin təmin edilməsi və 7/24 məsafədən nəzarət mümkündür.

Layihə “Teknofest Azərbaycan” finalında 1-ci yeri qazanıb. Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan və dünya şöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancar tərəfindən mükafatlandırılıb.

 

“EkoRobot” layihəsi 

Sözügedən robot süni intellektdən istifadə edərək kiçik su hövzələrində tullantıları toplaya bilir. Onun mexaniki dizaynı, aparat və proqram təminatı yerli istehsaldır və tamamilə “SUMbuilders”ə məxsusdur.

Layihə “Teknofest Azərbaycan”ın finalında və beynəlxalq “STEAM Azərbaycan” festivalında sərgilənib, “Sabahın alimləri” XII Respublika Müsabiqəsində qızıl medal qazanıb. Nəticədə ölkəmizi ABŞ-də keçiriləcək beynəlxalq “ISEF 2023“ sərgisində təmsil etmək haqqını əldə edib.

 

“Ağıllı dəyənək” layihəsi

Bu, “SUMbuilders”in məktəbli üzvləri tərəfindən qazi və görmə əngəlli insanlar üçün ərsəyə gətirilmiş layihədir. “Ağıllı dəyənək” beynəlxalq “STEAM Azərbaycan” festivalında sərgilənib və “Teknofest Türkiyə” mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, kollektiv üzvünün rəhbərlik etdiyi komandalar “Dünya Robot Olimpiadası Azərbaycan finalı” və “STEAM Azərbaycan” festivalının 2-cisi, “Teknofest Azərbaycan”ın 3-cüsü olub.

 

“Buta” elektrikli avtomobil layihəsi

Azərbaycan ilk dəfə məhz bu avtomobil vasitəsilə “Efficiency Challenge Elektrikli Avtomobil” yarışmasında (“Teknofest Türkiyə”) uğurla təmsil olunub. “SUMbuilders” layihədə tərəfdaş şirkət kimi təmsil olunub, eyni zamanda mentor Tural Süleymanov komandaya elektrik və avtomatika üzrə mentorluq dəstəyi göstərib.

Yarışın nəticəsi kimi, “ZƏFƏR” komandası “Tanıtım və Yayqınlaştırma Ödülü” ilə təltif edilib.

 

IT (informasiya texnologiyaları) və proqramlaşdırma sahəsi

Komandamız robotexnika və elektronika ilə yanaşı, bu sahələrdə də uğurlar qazanıb. “SUMbuilders”in dəstək göstərdiyii məktəblilər informatika üzrə respublika fənn olimpiadalarının final mərhələsinə yüksəliblər. Onlar ölkənin ən yaxşı 60 proqramçı gənci arasında mübarizə aparacaqlar. Həmçinin şagirdlərdən biri proqramlaşdırma üzrə beynəlxalq “STEAM olimpiadası”nda dünya reytinqində 7-ci yer tutaraq Fransada keçiriləcək dünya olimpiadasına vəsiqə qazanıb.

Qeyd edək ki, komanda BANM, ADA, BMU, ADNSU və SDU kimi universitetlərin tələbələrinin startup və innovativ texnoloji layihələrinə daim dəstək göstərir. “SUMbuilders”in təsisçisi Tural Süleymanov isə beynəlxalq layihələrdə münsif, mentor və ekspert kimi iştirak edir. “Teknofest”də  startap, digər yarışmalarda jüri və mentor kimi, NASA və digər böyük şirkətlərin layihələrində ekspert kimi çalışır. Bu fəaliyyətlər kollektiv üzvlərinin məhsullarının qlobal startaplarda yer almasını və real biznes məhsuluna çevrilməsini sürətləndirir.

Komandaya qatılmaq üçün (050) 321-78-82 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. [modula id="34334"]

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
05 noyabr 2026, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
05 noyabr 2026, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Oxşar xəbərlər