top
“Elə rolum olub ki, utandığımdan insan içinə çıxmamışam” – Sumqayıt aktyoru ilə ÖZƏL MÜSAHİBƏ
20 noyabr 2024, 06:30
- +

“Elə rolum olub ki, utandığımdan insan içinə çıxmamışam” – Sumqayıt aktyoru ilə ÖZƏL MÜSAHİBƏ

 

“Qalmaqal bilirsiniz nə vaxt baş verir? Qalmaqalı məhz istedadı zəif olan aktyor yaradır”.

Sumqayit24.az-ın əməkdaşı Sumqayıt Dövlət Dram Teatrının tanınmış aktyoru Yalçın Səlimovla həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik:

- Yalçın bəy, öncə özünüzü təqdim etməyinizi istərdim...

- Yalçın Üzeyir oğlu Səlimov. 1973-cü il iyulun 1-də Lənkəran şəhərində anadan olmuşam. 1988-ci ildə peşə məktəbində təhsil almışam. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetində təhsilimi davam etdirmişəm.

- Yaşadığınız ömür yolunu necə qiymətləndirirsiniz?

- 50/50-yə (gülür). Yaşamışıq da bu həyatı. Artıq keçib.

- Bu sahəni seçməyə necə qərar verdiniz? Uşaqlıq arzusu idi?

- Mən rəngsaz, mühafizəçi və digər sahələrdə çalışmışam. Sonra gördüm ki, məni incəsənətə çəkən nəsə var. Allah hər insana bir istedad verir. Mənimki də aktyorluq oldu. Şükür Allaha, bu istedaddan düzgün istifadə etdim.

Uşaqlıq arzum deyildi. İstedadımı yoxladım və gördüm ki, bacarıram. Davam etdirdim.

- İllər əvvələ qayıtsaydınız, nələri dəyişərdiniz?

- Əgər Allah mənə bir şans versə, yenidən bu dünyaya gəlsəm, çox şeyi dəyişərdim. Belə bir şans yoxdur, amma olsa, çox dəyişikliklər edərdim.

- Bəs, bir də bu sahəni seçərdiniz?

(Uzun bir səssizlik çökür)

-Yox, yox. Seçməzdim. Bu çox qəribə bir sahədir.

- İlk iş yeriniz?

- Sumqayıt Dram Teatrı. 1996-cı ildən bəri burada çalışıram. Ömrümün 28 ilini teatra vermişəm.

- Aktyorlarla rejissor arasında qalmaqal olurmu?

- Bilmirəm, xasiyyətim yaxşıdır ya pis. Amma bu neçə ildə heç vaxt hansısa bir sənət adamı ilə qalmaqalım olmayıb. Sizə deyim ki, nəinki, sənət adamı, heç bir sahənin nümayəndəsi ilə mübahisəm düşməyib. Amma iş prosesində bəzən kiçik nüanslar olur.

- Deyirlər, rejissorlar həmişə eyni aktyorla işləyir...

- Bax, indi deyim sizə. Qalmaqal bilirsiniz nə vaxt baş verir? Qalmaqalı salan aktyor istedaddan bir az zəif olanda. Tamaşanı səhnəyə qoyanda rejissor bütün obrazların yaxşı çıxış etməsini istəyir. Amma rejissor görəndə ki, aktyorda həmin obraz alınmır, layihənin uğurunu təmin etmək üçün başqa addım atır. Amma yanlış iddiadır. Hər bir aktyora rol da verilir, şərait də yaradılır.

- Bir çox tamaşada rol almısınız. Maraqlıdır, sizin xarakterinizə yaxın olan obraz hansıdır?

- Deyəcəyim söz şablondur: Bütün oynadığım rollar mənə əzizdir. İstedadımı bütün rollarda ortaya qoymuşam.

- Bəs utandığınız rol olubmu?

- Elə rol olub ki, utandığımdan otaqdan çölə çıxmamışam. Rejissor mənə rolu verib, baxmışam ki, bu, mənlik deyil. Düzdür, peşəkarlıqdan istifadə edib rolu oynamışam. Amma utanıb, insan içinə çıxa bilməmişəm.

- Yeni nəsil aktyor və aktrisaların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Yaxşıdır, pis deyil, istedadlı aktyorlar var.  Cavanlarımızın bəziləri rol oynayıb, bir az tanınanda elə bilirlər ki, onlardan yoxdur. “Məndən yoxdur” xəstəliyinə yoluxurlar. “Mən” bir az qəribə bir şeydir.

- Övladlarınız bəs... Bu sahədə görmək istəyərdiniz?

- Qəti halda, yox.

- Filmlərə tələbatın səbəbi nədir, bəs?

- Hansı işlə məşğul olursansa, o işin peşəkarı olmalısan. Amma indikilərin 70%-i tanınmaq üçün seriallara qaçır. Bəziləri heç serialda oynamaq üçün heç bir ödəniş istəmir. Məqsədi sadəcə tanınmaqdır. Amma aktyorun bacarığını yalnız teatr göstərə bilər. Teatr canlı sənətdir, nə varsa, onu göstərirlər. Bu isə aktyorun peşəkarlığını ortaya çıxarır.

- Sumqayıt Dram Teatrının hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Teatra gələnlər var. Maraq göstərirlər. Bilmirəm amma havadandı, sudandı ya nədəndisə, bəzi aktyorlarda savad cəhətdən kasadlıq var.

 

Fidan İlqar 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:00

Sənaye şəhərinin beşiyi: Kimyaçılar qəsəbəsi haqqında maraqlı faktlar

Bütün xəbərlər
Bu gün, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda qazıntı bitdi, "izləri" qaldı

Kriminal
Dünən, 17:54

Coratda kişi bıçaqlanıb, arvadı şübhəli bilinir - YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtın problemləri bir masa arxasında-Ağsaqqallar və İctimai Şuranın görüşü

Bütün xəbərlər
Dünən, 16:30

Yaralı nadir bayquş Sumqayıt sakinindən "kömək istədi" - VİDEO

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtın hava proqnozu

Kriminal
Dünən, 14:54

11 yaşlı qızının gözü qarşısında arvadını öldürdü – 16 il həbs

Bütün xəbərlər
Dünən, 14:30

Füzulidə şəhid olan sumqayıtlı gizirin doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:30

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub

Bütün xəbərlər
Dünən, 12:30

"7 nömrə"nin sürücüsü cəzalandırıldı - SƏBƏB

Bütün xəbərlər
Dünən, 11:46

Sumqayıtda uşağın avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Bütün xəbərlər
Dünən, 11:29

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
Dünən, 10:31

19 sentyabrda şəhid olan sumqayıtlılar…

Bütün xəbərlər
Dünən, 09:47

Sumqayıtda məcburi köçkün ev sahibini döyüb qovdu - İDDİA

Bütün xəbərlər
Dünən, 09:09

Sumqayıtda yolların təmirinə 1.5 milyon manat ayrılır

Bütün xəbərlər
Dünən, 00:01

Antiterror əməlliyatından 3 il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 18:44

Sumqayıtda "PeşəFest-2026" layihəsi həyata keçirilib

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert keçirilib

Bütün xəbərlər
18 sentyabr 2026, 17:22

Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
18 sentyabr 2026, 16:50

Sumqayıtda mənzillər niyə bahalaşıb? - SƏBƏB

Bütün xəbərlər
18 sentyabr 2026, 15:48

"Sıxlığa görə xanımın ürəyi getdi" - "33 nömrə"dən ŞİKAYƏT

Bütün xəbərlər
18 sentyabr 2026, 14:32

Sumqayıtda zəncirvari qəza - 6 maşın toqquşdu

Bütün xəbərlər
18 sentyabr 2026, 13:23

Sumqayıtda avtobusun təkəri yerindən çıxdı - Sərnişinlər yolda qaldı

Oxşar xəbərlər