top
Keçmiş “YUXU”nun vokalisti: “Qrupun mahnılarını təəssüf ki, yaşatmıram” – ÖZƏL MÜSAHİBƏ
25 oktyabr 2024, 08:00
- ↺ +

Keçmiş “YUXU”nun vokalisti: “Qrupun mahnılarını təəssüf ki, yaşatmıram” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Yuxu” — Azərbaycan rok qrupu 1987-ci ildə Sumqayıt şəhərində yaranıb. Azərbaycanda yaransa da, fəaliyyətinin əsas hissəsini 1999-2001-ci illərdə Türkiyədə göstərib. Həm Azərbaycanda, həm də Türkiyədə bir neçə festivalda iştirak edib.

Qrupun bütün mahnıları Azərbaycan dilində olub. 1999-cu ildə İstanbulda baş vermiş güclü zəlzələ musiqi sənayesinə də mənfi təsir göstərib və “Yuxu” qrupu 2001-ci ildə fəaliyyətini dayandırıb.

Sumqayit24.az-ın əməkdaşı keçmiş “Yuxu” qrupunun vokalisti Cəsur Nemətov ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Cəsur, necəsiniz, işləriniz necə gedir?

- “Yuxu” qrupunu unutmadığınız üçün minnətdaram. Bizi hələ də yaddan çıxarmamısnız. Bizim üçün bu çox xoşdur. Hər şey əladır.

- Özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mən artıq 30 ildən çoxdur ki, Rusiyada yaşayıram. İxtisasca hüquqşünasam. Musiqi ilə, bu sahə ilə heç bir əlaqəm olmayıb. Hər şey birdən-birə, təsadüfən olub. Son illərdə musiqi ilə məşğul olmurdum. Azərbaycana qayıtdığım zaman gənclərlə tanış oldum. Festivalda iştirak etdikdən sonra dəyişikliklər oldu. Təkliflər gəlməyə başladı. Yenidən nələrsə etməyə başladım.

- “Yuxu” qrupunun vokalçılarından biri olmusunuz. Necə oldu ki, qrupa qoşuldunuz? Tanışlığınız necə yarandı?

- Qrupun bütün üzvləri Sumqayıt şəhəri, 8-ci mikrorayondakı eyni məhəllənin sakinləriyik. Çingiz, İbrahim və mən. Biz bir-birimizi tanıyırdıq. İbrahim bir gün qrup yaratmağı təklif etdi. Elə oldu ki, qrupu yaratdıq və beləcə fəaliyyətə başladıq.

- O illərə qayıtmağınızı istərdim. “Yuxu” qrupu ilə ən yaddaqalan anlarınızdan bəhs edərdiniz.

- Yaddaqalan ilk il idi. Çox ümidlərimiz var idi. Hər şey yeni idi. Bütün yaşadığımız anlar gözəl idi. Yeni başladığımz illər ən gözəli idi.

- Qrup üzvlərindən hazırda kimlərlə əlaqəniz var?

- Uzun illər keçsə də, əlaqələrimiz qalıb.  Namiq, Çingiz və zərb alətləri ifaçımızla əlaqəm var, arada danışırıq. Mən vətənə qayıdanda imkan tapıb görüşürük. Türkiyəyə getmədiyim üçün Namiqlə telefonla müzakirələr edirik.

- “Yuxu” qrupu ilə neçə il birlikdə fəaliyyət göstərmisiniz?

- Qrup yarandığı gündən fəaliyyətim olub. Qrupun dağılmağına bir il qalmış qrupdan ayrıldım. Məndən sonra Zaur Abdullayev yeni vokalist kimi bir albom yazdı.

- Hazırda vokalist kimi fəaliyyətinizi davam etdirirsinizmi?

- Artıq 25 ildir ki, vokalist olaraq fəaliyyət göstərdiyim barədə danışmamışam, gizli saxlamışam. Son illər yeni bəstələr, hitlər yaratmağa çalışıram.

- İndi harada yaşayırsınız? Həmin şəhərdə “Yuxu” qrupunun mahnılarını yaşadırsınızmı?

- Mən Rusiyada yaşayıram. Moskva yaxınlığında əhalisi az olan bir qəsəbədə məskunlaşmışam. Musiqi ilə məşğul olduğumu kiməsə demirəm. Heç kimin xəbəri yoxdur ki, mən musiqi ilə məşğul olmuşam. Bu informasiyanı heç yerdə açıqlamıram. “Yuxu” qrupunun mahnılarını təəssüf ki, yaşatmıram.

- Yeni qrup yaratmaq fikriniz olub? Yeni qrupların yaradılmasında hansısa dəstəyiniz olubmu?

- Yeni qrup yaratmaq fikrim yoxdur. Sadəcə olaraq musiqi ilə məşğul olan insanlarla bərabər yeni layihələr işləmək fikrindəyəm. Yeni qrup planım yoxdur.

- İndiki rok janrında ifa edənlərdən kimləri dinləyirsiniz? Bəyəndikləriniz var? (Konkret adlarını çəkərdiniz)

- Yeni yaranan rok qruplarını dinləyirəm. “AynaBand”, “Dərviş” band, “Qara Dərviş” və Mərdan Kazımov kimi gənc istedadları dinləyirəm. Hərəsinin özünəməxsus musiqi tərzi var. Həm də özəldirlər. Maraqlı işlər edə bilərlər. Hər birindən yaxşı layihələr gözləyirəm. Düşünürəm ki, onlarda bu alınacaq.

- Rok janrı ilə maraqlanan gənclərə nə tövsiyə edərdiniz?

- Sadəcə olaraq onu deyə bilərəm ki, bu sizin arzunuzdursa, mütləq həyata keçirin. Heç kimə mane olmursa, həyata keçirin.  Çoxlu yeni musiqilər yaratmaq lazımdır. Yeni bəstələr çox azdır. Yeni bəstə və mahnılar lazımdır.

- Sumqayıt xatirələrinizdən danışardınız.

- Uşaqlığımın və gəncliyimin ən gözəl illəri Sumqayıtda keçib. Ən gözəl xatirələrim Sumqayıtla bağlıdır. 20 ildir ki, Sumqayıtda olmamışam. Deyirlər çox dəyişib. İstəyirəm ki, səfər zamanı gündüz vaxtı şəhəri gəzim və dəyişikliklərin şahidi olum.

- Bundan sonrakı planlarınızdan bəhs edərdiniz?

- Planımızda yeni bəstələr, hitlər var. Cürbəcür janrlarda özümü sınamaq istəyirəm.

 

Nəzrin Vahid

 

 

 

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
05 noyabr 2026, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
05 noyabr 2026, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Oxşar xəbərlər