top
Qış-yay demədən Sumqayıtdan ucqar kəndə gedən “Oscar” mükafatlı müəllim
06 iyun 2023, 22:20
- +

Qış-yay demədən Sumqayıtdan ucqar kəndə gedən “Oscar” mükafatlı müəllim

Gənc müəllim Jalə Dənziyeva dərs demək üçün hər səhər Sumqayıtdan Qamqam kəndinə gedir. Sumqayıt24 bu haqda 7 iyun tarixində Kaspi.az-a istinadən xəbər verir.

Bəzən soyuq qış aylarında evindən səhər 5-də çıxaraq Qubaya gedərkən avtobus xarab olur, dağda qalır, bəzən isə səhəngdə su daşıyır. O, uşaqlara həm biologiya fənnini tədris edir, həm də pulsuz ingilis dili öyrədir.

Jalə Dənziyeva əslən Lerikdəndir. Sumqayıt Dövlət Universitetində biologiya müəllimliyi üzrə bakalavr və magistr təhsili alıb. Hazırda isə Milli Elmlər Akademiyasında fəlsəfə doktorluğu üzrə təhsilini davam etdirir. Müəllimliyə başlamadan öncə 3 il Mərkəzi Nəbatat bağında böyük laborant vəzifəsində işləyib. Həyat yolu onu ABŞ-yə qədər də aparıb.

O, əvvəlcə həkim atasının peşəsini davam etdirmək üçün çalışdığını, lakin biologiya müəllimliyi ixtisasına qəbul olunduğunu bildirib:

“Müəllim olacağımı düşünmürdüm. Bu peşəyə vurğunluğum çalışdıqdan sonra yarandı. İlk qəbul olduğum Yenikənd kənd məktəbi Qubada dəniz səviyyəsindən 1700 metr hündürlükdə idi. Çətinlikləri göz önünə aldım, mübarizə apardım və getdim. Orada işləyəndə anladım ki, müəllim olmaq üçün doğulmuşam”.

Jalə kənddə biologiyanı tədris etməklə kifayətlənməyib, təmənnasız ingilis dili dərsləri də keçib:

“Kənddə xarici dil tədris edilmirdi. Bunu öz hesabıma etdim. Hətta danışıq klubları təşkil edir, ingilis dilində ünsiyyət qururduq. Bu kurslardan sonra dilini təkmilləşdirib müxtəlif universitetlərə qəbul olanlar oldu. İndi isə o məktəbdə artıq ingilis dili dərsləri keçirilir. Müəllim üçün ən böyük xoşbəxtlik şagirdlərinin həyatına müsbət mənada toxuna bilməkdir”.

Gənc müəllim düşünür ki, məktəbin vəzifəsi yüksək qiymət alan şagird yetişdirmək deyil:

“Məktəb tək imtahan verib universitetə qəbul olmaq üçün pillə deyil. 45 dəqiqə nə çoxdur, nə də az. Müəllimin ilkin vəzifəsi şagirddə elmi dünyagörüşü formalaşdırmaqdır. Kənddə də, şəhərdə də IQ-su yüksək olan şagirdlər çoxdur. Cəmiyyət üçün səriştəli, müəyyən bacarıqlara malik insan yetişdirməliyik. Ola bilər ki, gələcəkdə öyrətdiyim DNT-nin ikiqat zəncirini kimsə yadında saxlamasın, amma onlara verdiyin təbəssümü, istiliyi, həyat dərsini ömürlük yadda saxlayacaqlar. Müəllimin ən ümdə vəzifəsi insan olmaq və insan yetişdirməkdir”.

Müsahib ucqar kənddə müəllim olmağın çətinliklərindən də danışıb:

“Elə bil ki, məni bir başqa planetə atıblar və ora həyat verməliyəm. Kənd uşaqları yeniliklərdən kənar düşüblər. Hər şeyə maraqlıdırlar. Xüsusilə də kənardan gələn müəllimdən gözləntiləri çoxdur. Elə bilirlər, müəllim başqa dünyadan gəlib və toxunduğu hər şeyi gözəlləşdirəcək. Çətinliklərim çox olub. Dərsə gedəndə kənd avtobusu xarab olub, dağda qalmışam, bəzən səhəngdə su daşımışam. Amma şagirdlərin sevgisi, gözləntiləri bütün çətinliklərə qalib gəlməyi öyrədib”.

Ucqar dağ kəndində tədris həyatına başlayan müəllim deyir ki, öyrədərək öyrənib. Öyrənmək istəyi onu ABŞ-yə qədər aparıb, hətta “Oscar” qazandırıb:

“ADA Universiteti “Bir Müəllimin Manifesti” təhsil proqramını elan etdikdə müraciət etdim. İngilis dilində bütün müsahibələrdən keçdim və təlimin növbəti mərhələsi üçün ADA Universitetinin Vaşinqton Mərkəzinə getdik. Orada çox maraqlı təlimlərimiz, dərslərimiz olurdu. Sonda hazırladığımız layihə ilə “Ən yaxşı motivasiya” nominasiyası üzrə “Oscar” aldıq. Mükafatı məktəbə gətirdim. Uşaqlar üçün bu, möcüzə kimi görünürdü. Hamısı ona toxunur, şəkil çəkdirirdi”.

Jalə şagirdləri üçün ən böyük motivasiyadır:

“Xüsusilə cənub zonasında hələ də qız uşaqlarının təhsil almaması, erkən nikaha məcbur edilməsi ilə bağlı faktlar var. Bununla bağlı layihələrim olacaq. Məsələn, Cəlilabadın bir kəndində işləyən müəllim yoldaşım var idi, deyirdi: “Məktəbdə tək xanım mən idim. Mən ora gedənə qədər müəllimlər kişi olduğu üçün qız uşaqlarını məktəbə qoymurdular”. O müəllim qığılcım idi. O qığılcımdan olmaq istəyirəm. Amerika hara, indi yaşadığım Sumqayıt hara, Lerik hara. Mən bunu bacardımsa, onlar da bacaracaqlar”.

ABŞ məktəblərindəki təhsildən danışan müəllim deyir ki, orada mühit, şagirdlərə yanaşma tam fərqlidir:

“Bizdə əsas məqsəd şagirdin yaxşı oxumağıdır. Amma hamı alim, müəllim, həkim olmaq məcburiyyətində deyil. Yaxşı sürücü, bağban da ola bilər. Önəmli olan öyrətdiklərimizdir. İndiki dünyada insanı müəyyən edən diplomu deyil, onun səviyyəsi və bacarıqlarıdır”.

Müsahibin sözlərinə görə, rayon və kənd məktəblərində ən narahatedici məqam texnologiya, musiqi, rəsm kimi fənlərə “boş” dərs kimi yanaşılmasıdır:

“ABŞ-də musiqi dərsi konsert kimi təşkil olunmuşdu. Ola bilər, musiqi kimya kimi insana IQ verməsin, amma onun beyində oyatdığı dalğalar kimya fənnini öyrənməyə kömək edə bilər”.

Müəllim vurğulayır ki, şagirdlər kənddə inkişaf etməyəcəklərini düşünürlər:

“Bəlkə də şərait baxımından bu, belədir, amma intellekt baxımından fərqi yoxdur. Həyatda ən gözəl şans doğru müəllimə rast gəlməkdir. Doğru müəllim şəhər, kənd fərqini qoymadan şagirdin potensialını üzə çıxarandır. Əslində, biz kənddən şəhərə yox, şəhərdən kəndə getməliyik. Şəraitli yerdə yenilik tətbiq etmək çox rahatdır. Şəraitsiz yerdə çətin və dəyərlidir. Təsəvvür edin, havalar isinən kimi şagirdlər məktəbə gələ bilmirlər. Deyirlər, sentyabrda paltar almaq üçün işləyirlər. Kənddə gəzirik, bizə ecazkar görünür, amma içində o qədər problem var ki... Şagirdlər dərsdən sonra ot yığmağa gedirlər. Amma səhər yenə dərsdə şövqlə, enerji ilə, gələcəyə ümidlə otururlar. Hamımız şəhərə qaçsaq, bu uşaqların taleyini kim həll edəcək?”

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:46

Sumqayıtda gecə dərman lazım olsa, hara müraciət etməli? - SİYAHI

Bütün xəbərlər
Dünən, 17:02

Bazar günü çimərlik planı quranların nəzərinə

Bütün xəbərlər
Dünən, 16:15

Polisdən bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıtın gənc cüdoçularından YÜKSƏK NƏTİCƏ

Bütün xəbərlər
Dünən, 14:55

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:40

İstirahət günü Sumqayıtda plan quranların nəzərinə

Bütün xəbərlər
Dünən, 13:57

Dünyanın nüfuzlu universitetlərindən biri sumqayıtlı məzunu seçdi

Bütün xəbərlər
Dünən, 13:01

Sumqayıtda EV YANDI

Bütün xəbərlər
Dünən, 12:11

Sumqayıtda yenilənməyə ehtiyacı olan şəhid fotosu

Bütün xəbərlər
Dünən, 11:20

MİQ üzrə nəticələr açıqlandı

Bütün xəbərlər
Dünən, 11:04

Vətənə canını fəda edən sumqayıtlı şəhidlərimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 10:15

Sumqayıtda kişi işlədiyi köşkdə ÖLDÜ

Bütün xəbərlər
Dünən, 09:33

Sumqayıtda yolda "gizlənən təhlükə"

Bütün xəbərlər
31 iyul 2026, 22:54

Sumqayıtın bağça müdirindən zorakılıq iddiaları ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
31 iyul 2026, 17:48

Sumqayıt şəhəri niyə zibilliyə çevrilir?

Bütün xəbərlər
31 iyul 2026, 17:20

Sumqayıtda uşaq bağçada fiziki zorakılığa məruz qalıb? - İDDİA

Bütün xəbərlər
31 iyul 2026, 16:27

Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ

Bütün xəbərlər
31 iyul 2026, 16:16

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bütün xəbərlər
31 iyul 2026, 16:14

Az bal toplayan abituriyentlərə FÜRSƏT

Bütün xəbərlər
31 iyul 2026, 15:23

Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi bu şəxsə həvalə olundu

Bütün xəbərlər
31 iyul 2026, 15:01

Şənbə günü çimərliyə getmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
31 iyul 2026, 14:06

Sumqayıtda avtobusda yeni sərinləmək üsulu - Açıq qapı və pəncərələr

Bütün xəbərlər
31 iyul 2026, 13:34

Sumqayıtda avqustun ilk günü 36° isti olacaq

Bütün xəbərlər
31 iyul 2026, 12:50

Karvanların keçdiyi, igidlərin qoruduğu Corat

Oxşar xəbərlər