top
SDU məzununun layihəsi 1,2 milyon dollar investisiya alıb
26 dekabr 2022, 07:30
- +

SDU məzununun layihəsi 1,2 milyon dollar investisiya alıb

Azərbaycanlı ixtiraçının bir layihəsi ABŞ-da 1,2 milyon dollar investisiya alıb. Sumqayıt24 bu haqda Kaspi.az-a istinadən xəbər verir.

Valeh Arifzadə adlı həmin gənc Sumqayıt Dövlət Universitetini kimya müəllimliyi üzrə bitirib. İlk vaxtlar kurslarda müəllim kimi, sonra isə şərab zavodunda texnoloq kimi çalışıb. Həmin müddətdə zavod üçün gümüş ionlarının məhlula verilməsi üçün qurğu hazırlayıb. Həmçinin Dövlət Neft Şirkətinin (SOCAR) əvvəlki vitse-prezidenti Mikayıl İsmayılova məktub yazaraq maddi dəstək istəyib. İlk ixtirası da məhz o olub.

2017-ci ildə elektrik enerjisinə qənaət qurğusu “Wattbooster”i düzəldən Valeh Arifzadə televiziya vasitəsilə təqdimatını edib. Qurğu ilkin versiyada elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət etmək funksiyası daşıyıb.

“Partnyorum var idi, onun sponsorluğu ilə layihəm əsasında bir qurğu düzəltdik. Həmin vaxtlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi Tədqiqat İnstitutunun Elm və ixtiraçılıq mərkəzinin rəhbəri idim. 2018-ci ilin sonlarında bir inkubasiya mərkəzinin açılışında qurğunu Prezident İlham Əliyevə də təqdim etmişdik”, - deyə o bildirib.

İxtiraçı “Wattbooster” layihəsini təkmilləşdirib və bu layihənin qlobal bazara çıxarılması üçün ABŞ-yə üz tutub:

“Layihəni təkmilləşdirdik, bir az dəyişiklik getdi. Partnyorum ABŞ-yə gedib-gəlirdi. “Bunu ABŞ-yə çıxaraq” dedi və bu niyyətlə oraya yola düşdük. İndi qurğumuz batareya formasına salınıb. Elektrik şəbəkəsinə bağlı olmadan enerji verən batareya olacaq. Qısası, daha uzunömürlü, daha çox enerji verən batareya düzəltmişik”.

Hələ qurğunun ilkin versiyasının televiziya ilə təqdimatı zamanı Azərbaycanda investorlar layihə ilə maraqlanıblar:

“İnvestorlar ortaya məhsul çıxarıb satmaq istəyi ilə müraciət edirdilər. Mənim layihəm isə startap idi, təkmilləşməli idi. Nə isə ixtira etmək mənim üçün yenilik idi. Ona görə investorlarla iş birliyimiz alınmadı”.

Valeh Arifzadənin aldığı ilk viza ABŞ üçün olub:

“Heç bir ölkəyə çıxmayan adamın bir həftəyə ABŞ-yə viza alması göstərir ki, bu ölkədə elmə nə qədər önəm verilir”.

Qeyd edək ki, həmyerlimiz yaşıl enerji sahəsində fəaliyyət göstərən “VA Technologies Inc” şirkətini qurub. Məqsəd layihələrini bir şirkət altında cəmləşdirmək olub. İlk məhsulu isə batareya ilə işləyən poverbankdır.

Məhsul hazır olsa da, hələ satışda yoxdur. Səbəbi isə budur:

“Bu tipli bazarı böyük olan layihələr üçün böyük şirkətlərlə danışıqlar gedir. Onlar test etməli, sonra qərar verməlidirlər. Məhsul üçün patent alınması vacibdir”.

Gənc ixtiraçı üzərində işlədiyi bir neçə digər layihəsi haqqında da söz açıb:

“ABŞ-dəki evlərin 60-70%-i taxtadan ibarətdir. Bu ölkədə hər il minlərlə yanğın baş verir. Bu yanğınlar zamanı kiçik uşaqlar, heyvanlar, çox dəyərli əşyalar evdə qalır. Yanğın içəri daxil olmağa imkan vermir. Yanmayan paltarla bağlı layihə haqqında düşünürəm. Yanğınsöndürmə işində olanların geyimindən fərqi odur ki, bu paltarla alovun içində 10-15 dəqiqə dayanmaq mümkün olacaq. Hazırda testlər, nümunələr formasındadır.

Tam şəffaf olan günəş paneli ilə bağlı çalışmam var. Dünyada bir örnəyi var, istifadə edilir. Ancaq tam şəffaf deyil. Dünyada istifadə olunan nümunənin başqa bir problemi odur ki, əgər siz binaların şüşələrindən günəş enerjisi almaq istəyirsinizsə, binadakı şüşələri tam dəyişmək məcburiyyətindəsiniz. Hansısa hazır böyük tikiliyə bunu təklif etsəniz, razılaşmayacaq, çünki bütün şüşələri dəyişmək böyük xərc tələb edir. Ona görə dünyadakı nümunəni ancaq yeni tikililərə qoya bilərlər. Mənim düzəltdiyimdə isə şüşələri dəyişməyə ehtiyac yoxdur. Şüşənin arxa tərəfinə şəffaf kimyəvi maddə çəkilir. Həmin şüşə şəffaf günəş paneli formasına gəlir.

İstixanaların isidilməsi ilə bağlı layihəm də var. Tutaq ki, bir istixananın isidilməsi üçün sahibkar ayda 10 min dollar qaza pul verir. Yeni bir qazanxana sistemi olur, qaz deyil, elektriklə isidilir. İsidilmə xərci 2-3 min dollara düşəcək. 70% qənaət imkanı yaradır”.

Valeh bir gün Nobel mükafatı almaq istəyir və bunun üçün əlindən gələni edəcək.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:32

Sumqayıtda zəncirvari qəza - 6 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 13:23

Sumqayıtda avtobusun təkəri yerindən çıxdı - Sərnişinlər yolda qaldı

Bütün xəbərlər
Bu gün, 12:45

Daş və taxta ilə "təhlükəsizlik": Sumqayıtda kanalizasiya lükü

Bütün xəbərlər
Bu gün, 11:54

"Zibil, çuxurlar, kəsilmiş ağaclar, siçanlar" – 13-cü mikrorayondan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 10:55

"Sumqayıt camaatı" yenidən gündəmdə: DTX-dan əməliyyat

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda zəbt edilən ərazi TƏHLÜKƏ YARADIR

Bütün xəbərlər
Dünən, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
Dünən, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Dünən, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Dünən, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Dünən, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Dünən, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Dünən, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Dünən, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Dünən, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Dünən, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Dünən, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
16 sentyabr 2026, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
16 sentyabr 2026, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Oxşar xəbərlər