Sumqayıtda binanın girişi qəzalı vəziyyətdədir. Sumqayıt24 bu haqda 6 fevral tarixində xəbər verir.
17-ci mikrorayon, bina 48, blok 2-nin girişindəki talvar hər an çökə bilər. Sakinlərin təqdim etdikləri fotolarda da görünür ki, beton konstruksiyanın üzərində iri çatlar və boşluqlar əmələ gəlib.