Mayın 7-nə gözlənilən hava proqnozu məlum olub. Bu haqda 6 may tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Sumqayıtda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 10-12°, gündüz 13-15° isti olacaq.