Saray qəsəbəsində kişi faciəli şəkildə ölüb. Sumqayıt24 bu haqda 19 fevral tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə gecə saatlarında baş verib. Məlumata görə, 54 yaşlı Həsən Xəlilov evinin hamam otağında dəm qazından boğulub.
Faktla bağlı araşdırma aparılır.