Saray qəsəbəsində minik avtomobili su kanalına düşüb. Bu haqda 6 may tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
“Kia” markalı minik avtomobil qəsəbə ərazisindən keçən Samur–Abşeron kanalında batıb. Hadisə əl əyləcinin sona qədər çəkilməməsi səbəbindən baş verib.