Sumqayıt Dövlət Dram Teatrı uşaqlar üçün yeni tamaşa hazırlayır. Bu haqda 6 may tarixində Sumqayıt24 teatra istinadən məlumat verir.
"Bütün siçanlar pendiri çox sevir" nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, icraçı rəssamı Nizami Dadaşov, baletmeysteri Kamil Ağayevdir. Musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevə aiddir.
Balaca tamaşaçıları çox sevindirəcək maraqlı əsərin premyerası yaxın günlərdə planlaşdırılır.