"Bələdiyyə parkı"nda ağaclara aqrotexniki qulluq göstərilib. Sumqayıt24 bu haqda 4 may tarixində xəbər verir.
İşlər Sumqayıt Bələdiyyəsi tərəfindən yazın gəlişi ilə bağlı aparılıb. Ağacların gövdələri əhənglənib, dibləri bellənib və park səliqəyə salınıb.
Qeyd edək ki, cari ildə Sumqayıt Bələdiyyəsi şəhərin müxtəlif ərazilərində 2500 ədəd şəmşid, 1000 ədəd qızılgül kolları və müxtəlif dekorativ güllər əkib.