Uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb. Sumqayıt24 bu haqda 6 may tarixində xəbər verir.
Cərrah, uroloq-androloq Tural Balayev 1 nömrəli Xəstəxananın Urologiya şöbəsində çalışacaq.
T. Balayev 1993-cü ildə Bakıda anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində oxuyub. 2016-2018-ci illərdə rezidentura keçib. 2018-2023-cü illərdə Türkiyənin "Hacettepe" Universitetində Urologiya-andrologiya üzrə uzmanlıq təhsili alıb.
Bakı və Ankarada müxtəlif özəl tibb müəssisələrində uroloq-androloq işləyib. Bu illər ərzində müxtəlif elmi konfranslarda çıxışlar edib, Türkiyədə çoxsaylı tədbirlərə qatılıb və sertifikatlar əldə edib.