Sumqayıt Sukanal İdarəsi təmizlik işləri həyata keçirib. Bu haqda 16 aprel tarixində Sumqayıt24 xəbər verir.
Qurum işçiləri tərəfindən şəhərin N. Nərimanov ilə C. Cabbarlı küçələrinin kəsişməsində yerləşən yağış barmaqlıqları yuyulub. Yüksəktəzyiqli yuma maşını vasitəsilə kanalizasiya quyuları ağac kökləri və məişət tullantılarından təmizlənib.