Ceyranbatan su anbarına çirkli suların axıdıldığı iddia edilir. Bu haqda 28 mart tarixində Sumqayıt24 Ölkə.az-a istinadən məlumat verir.
Əraziyə yaxın məsafədə yaşayan vətəndaş bununla bağlı videoçəkiliş edib.
Onun sözlərinə görə, kanalizasiyanın daşması və suyun ətrafa tökülməsi ilə əlaqədar dəfələrlə "Azərsu"ya şikayət edib:
"Gəldilər, boru qoydular, arx qazdılar. Bu yolla kanalizasiya suları Ceyranbatan su anbarına tökülür. Aidiyyəti və səlahiyyətli orqanlar buna heç bir reaksiya vermir. Yağış yağanda burada kanalizasiya qaynayıb tökülür".