Çerkassı küçəsində piyada səkisinin olmaması sakinlərə təhlükə yaradır. Bu haqda 12 mart tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıt Dəmiryol Vağzalından şəhərə gedən istiqamətdə piyada səkisi yoxdur. Sakinlər məcbur olaraq yolun hərəkət hissəsi ilə gedirlər.
“Sürətlə hərəkət edən nəqliyyat vasitələrinin yanı ilə işə və ya dərsə gedən tələbələr, sakinlər üçün bu olduqca təhlükəlidir. Eyni zamanda bu yolda qaranlıq hökm sürür. Dərsə gedib-gələn qız övladlarımız, xüsusilə qış aylarında əziyyət çəkirlər”, – deyə şikayətçilər bildiriblər.