İnşaatçılar qəsəbəsi qaranlığa qərq olub. Sumqayıt24 bu haqda 9 mart tarixində xəbər verir.
Mübariz İbrahimov küçəsinin Qubadlı İcra Hakimiyyətindən Kamran Hüseynov küçəsi ilə kəsişməyə qədər hissəsində son günlər işıqlandırma sistemi çalışmır. Axşam düşəndə burada göz gözü görmür. İnsanlar və avtomobillər çətinliklə hərəkət edir. Problemin yaranma səbəb bilinmir.
i