“Mero” kimi tanınan ərazidə yol səthi qaşınıb. Sumqayıt24 bu haqda 30 mart tarixində xəbər verir.
Burada xüsusi texnika çalışır. Növbəti mərhələdə yeni asfalt çəkiləcək. İşlərin aprel ayının ortalarına kimi yekunlaşacağı bildirilir. Hazırda yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.
Xəbər verdiyimiz kimi, ərazidə yol genişləndirilir.