Sumqayıtda yaşayış massivinin yolları keçilməzdir. Sumqayıt24 bu haqda 3 iyun tarixində xəbər verir.
“Mero” kimi tanınan ərazinin sakinləri bildirirlər ki, yaşadıqları əraziyə asfalt çəkilmir. Qısamüddətli yağış yağanda belə yollarda palçıq və gölməçələr yaranır. Onların quruması isə həftələr, hətta bir aydan çox vaxt aparır.
İnsanlar qeyd edirlər ki, onlar Bakıya getmək üçün sözügedən yoldan istifadə edirlər.