Saray qəsəbəsində işıq dirəklərinin olmasına baxmayaraq, küçə illərdir işıqlandırılmır. Bu haqda 14 mart tarixində Sumqayıt24 xəbər verir.
Söhbət Heydər Əliyev küçəsindən gedir. “Yeni yol” kimi tanınan ərazi axşam saatlarında qaranlığa qərq olur.
“Küçədə 7-8 ildir işıq çəkilib. Demək olar ki, həftədə bir neçə dəfə yol-nəqliyyat hadisələri baş verir. Mənim valideynlərimi də bu yolda maşın vurub”, – deyə şikayətçi bildirib.
Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyəti redaksiyamıza məsələ ilə bağlı açıqlama vermişdi.