top
Sumqayıtda kişi zənglərinə cavab verməyən arvadını döyüb
02 aprel 2024, 03:45
- +

Sumqayıtda kişi zənglərinə cavab verməyən arvadını döyüb

Sumqayıtda 46 yaşlı Bəhruz mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib. Sumqayıt24 bu haqda 2 aprel tarixində Oxu.az-a istinadən xəbər verir.

Kişinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bəhruz ifadəsində özünü ittiham üzrə təqsirli bilib. O qeyd edib ki, təxminən 13 ildir Səbinə ilə ailə həyatı qurub:

“Bu evlilikdən bir qızımız və bir oğlumuz olub. Evlilik dövründə dəfələrlə aramızda mübahisələr olub. Sonuncu dəfə hadisə günü, axşam saatlarında işdən evə gələn zaman həyat yoldaşım Səbinənin mobil nömrəsinə dəfələrlə zəng vurdum. Daha sonra nömrəmin əngəlləndiyinin şahidi oldum. Bundan sonra evə gəldim. Evə girən zaman Səbinənin mətbəxdə oturaraq telefonla danışdığını gördüm. Bu zaman Səbinə oturduğu yerdən ayağa durdu. Ondan telefonunu mənə verməsini istədim. Səbinə telefonu verməkdən imtina etdi. Telefonda anası ilə olan danışıqlarını siləcəyini dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Səbinəni yerə yıxaraq telefonu əlindən alıb:

“Bunu etməyimin səbəbi kiminlə danışmasının mənə maraqlı olması olub. Telefonu götürüb qonaq otağına keçdikdə Səbinə cibimdən telefonu götürərək hamama girdi. Evdə uşaqlar olduğu üçün bundan sonra daha məsələni uzatmadım. Təxminən beş dəqiqə sonra hamamdan çıxaraq telefonu mənə verdi. Onun telefonda olan mesajları silmək istəməsi məndə şübhə yaratdı. Əsəbiləşib ona şillə vurdum. Evdə uşaqlar olduğu üçün beş-altı şillə zərbəsi vurduqdan sonra dayandım. Bundan sonra Səbinənin qardaşına telefonda olan mesajları silməsi, mənə göstərməməsi barədə məlumat verdim”.

Bəhruz bildirib ki, ertəsi gün səhər saatlarında Səbinədən uşaqları götürərək anasının yaşadığı evə getməsini tələb edib. Onun sözlərinə görə, həmin gündən Səbinə gedib.

Zərərçəkmiş Səbinənin sözlərinə görə, Bəhruz ilə aralarında dəfələrlə mübahisələr olub:

“Bu dövr ərzində Bəhruz bir dəfə də olsun evin problemləri ilə maraqlanmayıb. Sonuncu dəfə hadisə günü, axşam saatlarında istifadə etdiyim telefonda nömrəsinin əngəllənməsinə görə Bəhruz evə gələrək mübahisə yaratdı. Mən də istəyərəkdən əngəlləmədiyimi, telefonumun qızımızda olduğunu, onun bilmədən edə biləcəyini dedim. Bundan sonra yumruq və şillə zərbələri ilə başımdan, sifətimdən vurdu. Sonra məni yerə yıxaraq bədənimin müxtəlif nahiyələrindən vurdu. Döyən zaman ağzımdan qan gəldi və dişim qırıldı. Daha sonra uşaqlarımla birlikdə məni evdən qovdu. Bundan sonra sosialdan aldığım müavinətin kartı Bəhruzda olduğu üçün evdən çıxdıqdan sonra kartı dəyişdirdim. Daha sonra Bəhruz məndən kartı geri qaytarmağımı istədi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruzun azadlığı 10 ay müddətinə məhdudlaşdırılıb.

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Son xəbərlər

İdman
Bu gün, 11:00

Sumqayıtlı pəhləvan Azərbaycan Kubokunu qazandı

Bütün xəbərlər
Bu gün, 10:26

Bu il Sumqayıtdan 266 min tona yaxın azot gübrəsi ixrac edilib

Bütün xəbərlər
Bu gün, 09:56

Sumqayıt xəstəxanasında YENİ RƏHBƏR təyinatı

Bütün xəbərlər
Bu gün, 09:07

Sumqayıtda iki maşın toqquşdu - ölən var

Bütün xəbərlər
Dünən, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
Dünən, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
Dünən, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
Dünən, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Bütün xəbərlər
Dünən, 16:34

Sumqayıtda uşaqları ilk qəbul edən məktəb hansıdır? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda yaşayış binasını həşərat basıb

İdman
Dünən, 15:23

Sumqayıtlı çempion azarkeşlərlə görüşüb, avtoqraflar paylayıb

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtda sabah hava dumanlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tullantı məntəqələri yarım milyon manata abadlaşdırılacaq

Bütün xəbərlər
Dünən, 13:50

SDU-nun rektoru tələbələrə: "AI-nin hər dediyinə inanmayın"

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda lövhə qəzaya səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda gecə kabusu: "İydən boğulurduq"

İdman
Dünən, 12:05

"Sumqayıt" - "Şamaxı" matçını bu sayda azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 11:35

Sumqayıtda 2026–2027-ci tədris ili start götürdü - RƏQƏMLƏR

Bütün xəbərlər
Dünən, 11:05

Pakistanlı ata-oğulu öldürmək istəyən şrilankalılar Sumqayıt məhkəməsinin hökmündən narazıdırlar

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayıtda şəhid jurnalistin oğlu üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 09:53

19 yaşında Vətən üçün canından keçən Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:23

124 min uşaq üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Oxşar xəbərlər