Sumqayıtda işıqfor insanları çaşdırır. Sumqayıt24 bu haqda 15 iyun tarixində xəbər verir.
Azərbaycan prospekti ilə Bakı küçəsinin kəsişməsindəki hərəkət nizamlayıcısı nasazdır. Belə ki, işıqforun yaşıl işığında saniyələr azalmaq əvəzinə çoxalır, sonra 20 və 15-ci saniyələrin arasında 5 saniyə “yoxa çıxır”.
Ərazidən keçən sürücü və piyadaların çaşqınlığı səbəbindən qəza riski yaranır.