Sumqayıtda avtomobil yollarının təmirinə pul ayrılıb. Sumqayıt24 bu haqda 29 fevral tarixində xəbər verir.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, yolların əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon manat verilib.