Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq. Bu haqda 16 aprel tarixində Sumqayıt24 “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Saat 10:00-dan etibarən H.Z. Tağıyev qəsəbəsi və Yaşma bağları yaşayış massivinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Fasilə “Sumqayıt–Yaşma” yüksək təzyiqli qaz xəttində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.