Sumqayıt şəhərində genişmiqyaslı asfaltlanma işləri aparılır. Bu haqda 3 aprel tarixində Sumqayıt24 xəbər verir.
“Mero yolu” adlanan ərazidə məhəllədaxili yollar, eləcə də “Tuğ Zavod”, “Stansiya Sumqayıt” və keçmiş məcburi köçkünlər şəhərciyinə gedən yolda asfaltlanma işləri həyata keçirilir. Daha sonra zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq.