Sumqayıtın bir hissəsində qaz olmayacaq. Sumqayıt24 bu haqda 10 iyun tarixində “Azəriqaz” İB-yə istinadən xəbər verir.
Qaz xəttində təmir-bərpa işləri görüləcək. Bununla əlaqədar 10 iyun saat 10:00-dan etibarən “Stansiya Sumqayıt” ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Məhdudiyyət işlər yekunlaşanda aradan qaldırılacaq.